Dövlət Departamentindən Bakı və İrəvana çağırış: "İnsidentlərdən narahatıq"

img

13-01-2022 [09:07]


ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahatlığını bildirib

Bu barədə qurumun rəsmi tviter səhifəsində məlumat yerləşdirilib.

“Biz Ermənistan və Azərbaycan qüvvələri arasında itkilərlə nəticələnən insidentlər barədə məlumatlardan narahatıq. Biz həlak olanların ailələrinə başsağlığı verir və tərəfləri qoşunların çıxarılması, sərhədin demarkasiyası və saxlanılanların geri qaytarılması da daxil olmaqla gərginliyi azaltmağa çağırırıq”, - deyə paylaşımda bildirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR