Primakovun nəvəsi ilə Qazaxıstanın yeni naziri arasında - Qalmaqal

img

12-01-2022 [16:47]


MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyinin direktoru Yevgeni Primakov Qazaxıstanın yeni informasiya və ictimai inkişaf naziri Askar Umarovun ruslara yanaşmasına görə onunla işləməkdən və təmasdan imtina etdiyini açıqlayıb.

"RİA Novosti” xəbər verir ki, bunu Y.Primakov sosial şəbəkədəki səhifəsində yazıb.

“Mən Qazaxıstanın yeni informasiya naziri Askar Umarov haqqında və onun çoxsaylı məqalərlərini diqqətlə oxudum”, - Y.Primakov yazıb. O, A.Umarovun məqalələrində ruslar haqqında işlətdiyi “xoşagəlməz” ifadələrindən nümunələrə də göstərib.

Askar Umarov feysbuk səhifəsində Y.Primakova cavab verib: “Məqalədə məndən düşmən obrazı yaratmaq istəyiblər. Mən təqdim edilməyə cəhd göstərilən kimi deyiləm. Bundan əvvəlki vəzifələrdə Rusiya və başqa tərəfdaşlarla məhsuldar işləməyə çalışmışam. Qazaxıstan üçün Rusiya ilə müttəfiqlik münasibətlərinin nə dərəcədə vacib olduğunu başa düşürəm”.

Qeyd edək ki, Y.Primakov keçmiş SSRİ-nin tanınmış siyasi xadimlərindən biri olmuş Yevegeni Maksimoviç Primakovun nəvəsidir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR