Zaur Budaqov və daha 2 nəfərin məhkəməsi başlayıb - Batumidə

img

12-01-2022 [12:19]


Gürcüstanın Batumi şəhərində binanın bir hissəsinin çökməsi faktına görə həbs olunan Azərbaycan vətəndaşı Zaur Budaqov və daha 2 nəfərin məhkəməsi başlayıb.

Report-un yerli bürosu xəbər verir ki, bu gün tərəflər Batumi Şəhər Məhkəməsində sübutlar təqdim edəcəklər.

Müdafiə tərəfi həbs olunan şəxslərin girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatət qaldıracaq.

Məhkəmədə faciə nəticəsində ölənlərin ailə üzvləri də iştirak edirlər. Onlar ittiham olunan şəxslərin həbsini tələb edirlər.

Xatırladaq ki, Batumidə yaşayış binasının bir bloku ötən ilin oktyabrın 8-də çöküb. Nəticədə 3-ü uşaq olmaqla 9 nəfər ölüb. Ekspertiziya əsasən, çökməyə səbəb birinci mərtəbədə Z.Budaqova məxsus olan mənzildə dayaq divarının sökülməsi olub. Azərbaycan vətəndaşı və təmir işləri aparan digər iki şəxs ölüm və ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasında texniki və təhlükəsizlik qaydalarının pozulmasında ittiham olunurlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR