Çavuşoğlu toplantıda: "Biz qardaş Qazaxıstanın gücünə güvənirik, bölgəmiz geosiyasi maraqların mərkəzində dayanır"

img

11-01-2022 [12:15]


“Türk dünyası olaraq Qazaxıstanın yanındayıq. Türkiyə olaraq da proseslərin əvvəlindən qazaxıstanlı rəsmilərlə təmasda olmuşuq”.

Mia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin fövqəladə toplantısındakı çıxışında deyib.

O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan başda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olmaqla TDT-yə üzv ölkələrin başçıları təmasda olaraq hadisələri yaxından izləyiblər: “Bu böhranın Qazaxıstanın suverenliyinə, bütövlüyünə, sabitliyinə və balanslı xarici siyasətinə zərər verməyəcəyinə inanırıq. Çünki biz qardaş Qazaxıstanın gücünə güvənirik. Bölgəmiz geosiyasi maraqların mərkəzində dayanır. Biz geosiyasi rəqabətin deyil, əməkdaşlığın və rifahın aktorlarıyıq. Çünki dövlətləri və millətləri rifah, sabitlik və sülh ucaldır”


Digər xəbərlər
SON XƏBƏRLƏR