Hərbçilərin, əmək və ailə başçısını itirənlərin pensiyaları niyə yenidən hesablanır? - Açıqlama

img

11-01-2022 [12:05]


“Hərbi qulluqçuların təminat xərclərinin tərkibində olan əlavələrin hesablanmasında nöqsanlar var idi. Həmin əlavələrin yenidən hesablanması nəticəsində 250-dən artıq əmək pensiyaçısının pensiyası yenidən hesablanıb”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev deyib.

Onun sözlərinə görə, nəticədə pensiya məbləğlərində müəyyən artımlar olub/Report.

DSMF rəsmisi onu da deyib ki, hazırda ailə başçısını itirməyə görə pensiyaların yenidən hesablanması üçün 300 müraciətə baxılır.

Onun sözlərinə görə, belə müraciətlərin 5 dəfədən çox olduğu ehtimal olunur: “Onların araşdırması davam edir. Bəzən yubanmalar da olur. Əsas səbəb vaxtı ilə pensiya işlərinin içərisində müvafiq məlumatların olmaması ilə əlaqalidir. Bəzən pensiya ödənişləri dayandırılmalıdır, nəinki artırılmalıdır”.

DSMF rəsmisi bildirib ki, 2020-ci ilin mart ayından bu günə qədər ailə başçısını itirən 1200 nəfərin əmək pensiyası yenidən hesablanıb: “Onlara ödənilən aylıq əmək pensiyasının məbləği ümumilikdə 458 min manat idi. Lakin yenidən hesablama nəticəsində bu rəqəm 940 minə qalxdı. Aylıq maliyyə yükümüz 482 mindir. Bir pensiyaçının pensiyası orta hesabla 390 manata 800 manata qədər artdı. Bu birbaşa 105 % artım deməkdir. Bu şəxslərə keçmiş dövr üzrə 15 milyon manatdan artıq vəsait hesablanıb. Həmin vəsait qanunvericiliyin tələblərinə uyğun olaraq onların artırılmış pensiyaların üzərlərinə əlavə edilməklə ödənilir”.

O bildirib ki, son bir-iki il ərzində 2000-dən çox şəxsin əmək pensiyasının əksik ödənildiyi aşkarlanıb. Nəticədə həmin şəxslərin əmək pensiyaları təkrar olaraq yenidən hesablanıb: "Orta hesabla pensiya məbləğləri orta hesabla 633 manatdan 739 manata qədər artırılıb: “Həmin kontingentə keçmiş dövr üzrə ödənilməli olan 3 milyon manatdan artıq vəsait hesablanıb. Həmin vəsait də ödənilməkdədir”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR