İnformatika üzrə daha 4 medal... - Azercell-in dəstəklədiyi məktəblilərimiz beynəlxalq olimpiadada növbəti uğur qazandı
10-01-2022 [23:35]
Azərbaycan məktəbliləri son illərdə beynəlxalq olimpiadalarda qazandıqları nailiyyətlərin sırasını genişləndiriblər. “Azercell Telekom” MMC-nin dəstəyilə informatika üzrə hazırlıq keçən şagirdlərimiz beynəlxalq bilik yarışmasında 4 bürünc medal əldə ediblər.
Mia.az xəbər verir ki, ölkəmizin təşkilatçılığı ilə onlayn formatda keçirilən Lütfi Zadə Beynəlxalq Olimpiadasına 18 ölkədən 158 məktəbli qatılıb. Yarışda Bakı şəhəri fizika riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fuad Qarayev, Gəncə şəhəri fizika riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdi Səid Nəsibov və Balakən rayonu Qazbinə kənd tam orta məktəbin şagirdi Xizri Saxrayev informatika fənni üzrə bürünc medala sahibləniblər.
Xatırladaq ki, 2017-ci ildən etibarən Təhsil Nazirliyinin və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı olan “Azercell Telekom” MMC məktəblilərimizin beynəlxalq olimpiadalarda informatika fənni üzrə hazırlığını və iştirakını dəstəkləyir. Hazırlıq prosesinə ölkənin hər yerindən istedadlı şagirdlər cəlb olunur, informatika fənni üzrə aparıcı mütəxəssislər tərəfindən uşaqlara təlimlər keçirilir, zəruri biliklər paylaşılır. Bu proses AR Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçirilir. Azercell-in dəstəyilə hazırlaşan məktəblilərimiz bu müddətdə müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə 1 qızıl, 7 gümüş və 23 bürünc olmaqla, ümumilikdə 31 medal əldə ediblər.
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” şüarını əsas tutaraq, “Azercell Telekom” MMC hər zaman gənclərin inkişafına, İKT sahəsində təhsilə marağın və texnoloji savadlılığın artmasına dəstək olan, eləcə də tələbələri bu istiqamətdə uğurlara təşviq edən layihələrini
davam etdirəcək. “Azercell Telekom” MMC məktəblilərimizi yüksək nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı yarışmalarda daha böyük qələbələr arzulayır.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)
Xocalı rayonunun iki kəndinə növbəti köç olub
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Nazir generalın qardaşını təqaüdə göndərdi
TƏBİB-in keçmiş sədri QHT rəhbəri oldu
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb
Prezident İlham Əliyev general-qubernatora məktub ünvanlayıb - MƏTN
Şəhid şair Bəhmən Abuzəroğlunun xatirəsi yad edildi - FOTOLAR
Bakıda narkokuryer 10 kq narkotiklə tutulub
QIZIL REKORD HƏDDƏ BAHALAŞDI - QİYMƏTLƏR
Bakıda məşhur hoteldə ofisiant iş yoldaşını öldürüb
ƏMƏK PENSİYALARI BU QƏDƏR ARTIRILACAQ - Deputat məbləği açıqladı
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
İranda etirazlar davam edir - Ölənlərin sayı 5848-ə çatıb
Göygöl rayonunda 26 yaşlı gənc 37 yaşlı kişini öldürüb
İsrail Livana yenə zərbələr endirib
Bakıda yaşlı qadın öldürülüb
"Bizimlə donuzdan da pis rəftar edirdilər" - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
Çində dünyanı silkələyən skandal: məşhur general nüvə sirlərini ABŞ-a satıb - Cinayət işi açılıb
Türkiyədə zəlzələ olub - 4.4 bal gücündə
Bu gün magistraturaya sənəd qəbulu başa çatır
Komitə məscidlərə 4 qadın dini ayin icraçısı axtarır
İsrail fələstinli məhbusları azad edib
Yeni binalarda internet problemi - MTK ilə provayderlərin gizli sövdələşirlər və...
Filippində 359 nəfəri daşıyan bərə batıb - 208 nəfər itkin düşüb
ABŞ-da şəxsi təyyarə qəzaya uğrayıb - 8 nəfər ölüb
Türkiyədə Polis İdarəsinə bomba atılıb - Açıqlama
Premyer Liqa: Lider "Arsenal" "Mançester Yunayted"ə təslim oldu
İtaliya A seiyası: türk futbolçu qol atdı, "Yuventus" qazandı
ABŞ-da soyuq hava on minlərlə evi işıqsız qoyub - Milyonlarla insan marketləri boşaldıb
İsrail Qəzzanı bombalayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə zəlzələ olub
"Belə yol olar?! Buna baxın, görün nə gündəyik" - Salyan problemlərin məngənəsində + VİDEO
Şirvanda toyda 36 yaşlı şəxs bıçaqlanıb
Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar tədbir keçirilib - Rumıniyada + VİDEO, FOTOLAR
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq
Göl qurudulub, plansız tiklilər artıb - Məmurlar Masazırı elə günə qoyub ki... (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz