Prokurorluq öldürülən KXCP üzvü ilə bağlı açıqlam yaydı

img

05-03-2014 [08:35]


Salyan rayon Prokurorluğu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvünün qətlə yetirilməsi ilə bağlı açıqlama verib. 

Prokurorluğun müstəntiqi Orxan Rzayev bildirib ki, qətl hadisəsi bu gün günorta saatlarında Salyan rayonu ərazisində baş verib. Hadisə nəticəsində Aydın Rafiq oğlu Xəlilov bıçaq zərbələri ilə qətlə yetirildiyi müəyyən olunub.

Müstəntiq deyib ki, hadisə ilə bağlı "qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır: "Hadisəni törətmiş şəxs və mərhumun ölümünün səbələri barədə Baş Prokrurluq geniş məlumat yayacaq”.

Qeyd edək ki, martın 4-də saat 14.30 radələrində Salyanda Aydın Rafiq oğlu Xəlilov vəhşicəsinə qətlə yetirilib. O, hələlik adı açıqlanmayan şəxsin gəldiyi qara rəngli "Toyota – Prado” avtomobilinə əyləşib və Salyan-Şirvan istiqamətinə hərəkət ediblər. Evindən 500 metr aralandıqdan sonra Aydın Xəlilova bıçaq xəsarətləri yetirilib, odlu silahdan atəş açılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA