Zaqatalada əməliyyat: yardımçı təsərrüfatları yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO

img

03-01-2022 [11:03]


Zaqatalada yardımçı təsərrüfatları yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istnadla bildirir ki, yanvarın 1-də gecə saat 2-dən 4-dək olan müddətdə Zaqatala rayonunun Mosul kəndində kənd sakinləri - İ.Süleymanova, Q.Məmmədova və R.Məmmədova məxsus yardımçı təsərrüfatlarda yanğınlar baş verib. Nəticədə həmin yardımçı təsərrüfatların konstruksiyaları yanıb, xəsarət alan olmayıb.

Məlumatlarla əlaqədar Zaqatala Rayon Polis Şöbəsində dərhal müvafiq araşdırmalara başlanılıb və yanğınların kənd sakini Əhliman Gülməmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən Ə.Gülməmmədov saxlanılıb.

Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR