Bizi Şuşasız, Şuşanı bizsiz qoyma...
29-12-2021 [13:01]
Mən əvvəllər Şuşada çox olmuşam. Bilirəm, yaxınlarım – ailəm, dostlarım, məni yaxşı tanıyanlar təəccüblənəcək: “Axı bu, nə vaxt olub Şuşada?”.
Bəli, əzizlərim, mən Şuşada çox olmuşam! Mən onun hər dağına, hər qayasına, onun torpağına, suyuna, havasına yaxşı bələdəm. Mən o, düşmən əsirliyində olanda, işğal altında inləyəndə də Şuşada olmuşam.
Əlimiz çatmayan, ünümüz yetməyən, vüsalını xəyal etdiyimiz vaxtlarında da!
Yaralarını sarıya bilməsəm də, için-için çox ağlamışam. Axı kişi hönkür-hönkür ağlamaz. Biz illərdir içimizə axıdırdıq göz yaşımızı. Yaxşı ki, qisas günü, yaxşı ki, Zəfər günü çatdı, Şuşa deyəndə içimizin sızlamağına, qəlbimizin göynəməyinə son qoyuldu. Müzəffər Azərbaycan Ordusu bizi bu nisgildən, bu gözükölgəlilikdən, bu diliqısıqlıqdan qurtardı. İndi alnıaçıq, başıuca, nəşəli, qalib kimi Şuşaya gedə bilirik. Yuxulardakı Şuşadan işğaldan azad olunan Şuşaya gedirik.
Dedim axı, mən qələbədən əvvəl də Şuşada çox olmuşdum. Qala divarlarının dibində boynubükük dayanıb “Bizi bağışlama, Şuşa” köşəsini oradaca yazmışdım, “Şuşaya sancılan bayraq” yazısını da... Yəni, yuxularımda da olsa, Şuşaya çox gedib-gəlmişəm. İçimə hopub Şuşanın havası, suyu, məni özünə bənd edib Şuşa sevgisi...
Dostlar xatırlayar. Bir neçə il əvvəl, gördüyüm bir yuxunu qələmə almışdım. Həmkarlar, dost-tanış öz media səhifələrində həmin “Şuşaya sancılan bayraq” sərlövhəli yazımı yayımlamışdılar.
Yazının bir hissəsini xatırladım indi: “...dayandığım yerdən aydın görünmürdü, amma elə bilirdim ki, Şuşanın ətəyindəydik (mən heç vaxt Şuşada olmamışam). Erməni tərəfdən tək-tük atəş səsi gəlir. Sanki qırılıb qurtarmışdılar... Alaqaranlıq idi. Bir nəfər əlində Azərbaycan bayrağı hundür zirvəyə qalxırdı. Bilmirəm, yaralanmışam, ya əldən düşmüşəm, yerə çönmüşəm, avtomata söykənib güclə dayanmışam. Bayraqla zirvəyə qalxan əsgərə baxıram. Atəş səsləri tamamilə kəsilir, elə bir sakitlik çökür ki, elə bil, dünyada heç kim qalmayıb – bir mən, bir də bayraqla zirvəyə qalxan əsgər. Əsgər zirvənin ən ucqar yerinə çatdı. Bayrağı sancan kimi hər yer işıqlandı, əsgərin üzü göründü. ATAM idi, elə 35 yaşındakı kimi cavan... Günəş çıxdı və həqiqətən də Şuşadaymışıq...”
Bunu, bilirsiniz, niyə xatırlayır, sizə niyə xatırladıram? – Mən Şuşanı görmədən duyan, görmədən sevənlərdənəm. Mən Şuşanı yuxularımda işğaldan azad etmişəm. Şuşa qalasına şanlı bayrağı atam sancıb. Kim Şuşanı belə sevər?! Məncə, hər bir azərbaycanlı elə belə sevər, sadəcə hərənin sevgisinin öz rəngi, öz dadı var. Ona görə də Zəfər Günündən bu yana – hər bir azərbaycanlı kimi – Şuşaya getmək, daha doğrusu, Şuşanı ziyarət eləmək ən böyük arzum olub. Bir neçə gün əvvəl “Sizə şad xəbərimiz var. Şuşaya gedərsiniz?” sözlərini eşidəndə sevincdən qulaqlarım tutuldu. Bircə onu deyə bildim: “Şuşaya indi kim getməz ki?!”.
Jurnalistlərin Şuşa səfəri, əminəm ki, bu günə kimi onların ən şərəfli, ən maraqlı, ən fərəhli və əlbəttə ki, ən həyəcanlı səfəri oldu. Məncə, bu fikirlə hamı razılaşar. Çünki orda həmkarlarım bir-birinin gözündə qəribə nəsə gördülər. Kimi dindirsən, nə hiss etdiyini ifadə edə bilməyəcəkdi. Bu qədər söz adamı nə yaşadığını, nə hiss etdiyini deyə bilmirdi, hislərini qəlibə sala, sığışdıra bilmirdi. Axı necə sözə sığışdıraydılar ürəyə sığışmayan hissləri!? Bir gün qabaq biz hələ “Sabah Şuşaya gedirik!” cümləsinin nə qədər BÖYÜK ÇƏKİLİ olduğunu izah edə bilmirdik, qaldı Şuşanı gəzməyin, Şuşa havasını içimizə çəkməyin nə olduğundan danışaq. Odur ki, kim nə danışsa, kim nə yazsa, özünün Şuşa sevgisini, Şuşa vüsalını izah edə bilməyəcək.
Ariflər haqlıdır: Ən böyük sevgi elə, səssiz, sözsüz sevgidir.
Cıdır düzündə anama videozəng acdım ki, görsün hardayam! Anam elə yerdə oturmuşdu ki, atamın portreti də görünürdü. Dedim istiqaməti dəyişmə, qoy KİŞİ də görsün Şuşanı, Cıdır düzünü. Bu zaman özümdən xəbərsiz göz yaşım yanağıma süzüldü. Ətrafdakılardan gizlətmək üçün üzümü çevirəndə gözümün suyu torpağa düşdü. Məncə, Şuşa sevgisi elə bu müqəddəs sevincdən axan göz yaşı ilə torpağın qoşuşması idi!
Biz Şuşamıza, toxunulan şərəfimizə, qeyrətimizə, namusumuza, tariximizə, kimliyimizə qovuşmuşuq. Bunu bizə bəxş edənlərə bir ömür borcluyuq. Tərəddüd belə etmədən canını verən şəhidlərin ruhuna, əzasını itirən qazilərə bir ömür dua eləsək, yenə azdır.
Qoy bir dua da bu olsun: Ulu Tanrı, bir daha və bir an da bizi Şuşasız, Şuşanı bizsiz qoyma...
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib