İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik ediləcək - Namizədlərin siyahısı

img

28-12-2021 [15:36]


İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilir.

Mia.az xəbər verir ki, bununla bağlı Milli Məclisin qərar layihəsi parlamentin dekabrın 30-da keçiriləcək iclasında müzakirə olunacaq.

Dəyişikliklə, aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiləcəklər:

Namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş şəxslər:

1. Zeynalov Vüqar Eldar oğlu

2. Abdullayeva İlhamə Xanlar qızı

Namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüş şəxslər:

1. Əliyev Azər Ruslan oğlu

2. Axundova Ülviyyə Süleyman qızı

Namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş şəxslər:

1. Yusifova Sevil Şərif qızı

2. Mansurova Zirəngiz Dəmirçi qızı.


Digər xəbərlər
SON XƏBƏRLƏR