Azərbaycanda güclü zəlzələ baş verdi

img

04-03-2014 [11:02]


Azərbaycanda güclü zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ martın 4-də saat 08:16: 14-də Qəbələdən 11 km şimal-şərqdə qeydə alınıb.

Zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala yaxın hiss olunub. Tikililərdə dağıntı yoxdur.

Qeyd edək ki, ötən gün də Qəbələ rayonunda zəlzələ olub. Zəlzələ Qəbələdən 9 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin gücü 3 bala yaxın hiss olunub. Maqnitudası 3,2 olan zəlzələ 7 km dərinlikdə baş verib.

Yeraltı təkanlardan sonra tikililərdə dağıntı olmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA