Bu şirkətlərə lisenziya verildi - MTRŞ-dən yeni qərarlar

img

27-12-2021 [15:30]


Bu gün Milli Televiziya və Radio Şurasının onlayn formatda iclası keçirilmişdir. İclasda kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılıb.

Mia.az Şuraya istinadla bildirir ki, Şuranın müvafiq qərarları ilə "Beeonline" ASC-yə və "StarTelekom" MMC-yə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu kabel və internet olmaqla) üçün müddətsiz lisenziya, "ArtKom.Net" MMC-yə, "Real Telecom" MMC-yə və "Fast Net Technology" MMC-yə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) üçün müddətsiz lisenziya verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR