Azərbaycanın xalq artisti Ağaxan Abdullayevin qardaşının həyat yoldaşı və qardaşı qızı yanğında ölüb

img

03-03-2014 [14:20]


Bakıda iki gün əvvəl yaşayış evində baş verən yanğında ölən ana və qızının Azərbaycanın xalq artisti, xanəndə Ağaxan Abdullayevin yaxın qohumları olduğu məlum olub.

Martın 1-də saat 02 radələrində Xəzər rayonu Türkan qəsəbəsindəki yaşayış evlərindən birində baş verən yanğında ölən Tərəvəz İbrahimovanın Ağaxan Abdullayevin qardaşının həyat yoldaşı, onun qızı Samirə Abdullayevanın isə xanəndənin qardaşı qızı olduğu müəyyənləşib.

 

A. Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA