02-03-2014 [21:58]
Bu mövzuda bir dəfə də yazmışdım. Bank olmayan kredit təşkilatında çalışan Elvin adlı qohumumdan hansı işlə məşğul olduğunu soruşanda, belə cavab vermişdi: "Camaatın dərisini soyuram".
Universitet auditoriyası ilə bir il əvvəl vidalaşan Elvinin nə demək istədiyi mənə aydın olmadığı üçün təəccüblə onun üzünə baxmışdım. Qohumum başı ilə yanımızdan ötüb keçən sərnişinlə dolu avtobusu göstərib, belə demişdi: "Bu insanların böyük əksəriyyəti işdən qayıdır. Camaat gecə-gündüz çalışır, amma onların zəhmətinin bəhrəsini banklar, kredit təşkilatları görür".
Ötən gün bir həmkarımla yolumuzu "Bank of Baku"dan salmışdıq. "Bolkart" sahibi olub, gündəlik alış-veriş zamanı işimizi bir qədər yüngülləşdirmək istəyirdik. Müştərilərin tələbatını ödəmək üçün 30-a yaxın əməliyyatçı səylə çalışırdı. Ən azı 30-40 nəfər də səbirsizliklə növbəsinin çatmasını gözləyirdi. Hövsələmin daraldığını görən qələm dostum məni sakitləşdirmək istədi: "Bəxtimizdən bu gün çox az adam var. Başqa vaxt burda iynə atanda yerə düşmür".
Jurnalist marağı güc gəldiyi üçün sağ tərəfimizdə əyləşən orta yaşlı kişini söhbətə tutdum. Həmsöhbətim dedi ki, gözləməkdə məqsədi 1500 AZN kredit götürməkdir. Ağlıma gələn ilk ehtimal bu oldu: "Yəqin nəsə almaq fikriniz var".
Kişi məyus halda boynunu bükdü: "Banklar gözümüzü açmağa imkan verir ki, nəsə alaq? Hazırda 6 banka kredit ödəyirəm. Bir ayda ödədiyim məbləğ 1300 manatı keçib. Burdan 1500 manat alıb, başqa bir bankın faizini bağlamaq istəyirəm. Başqa ölkələrdən fərqli olaraq, bizdə faiz dərəcələri çox yüksəkdir. Buna görə də müştəri bilmir ki, əsas borcu ödəsin, yoxsa götürdüyü pulun faizini. Adam var ki, bank ev-eşiyini əlindən aldığı üçün indi küçələrdə avara-sərgərdan dolaşır".
Bir anlığa təhkimçi rus kəndlilərini xatırladım. Onlar da mülkədarlardan təxminən bu cür asılı vəziyyətə düşürdülər. Ehtiyac üzündən əvvəl torpaqlarını, sonra isə şəxsi azadlıqlarını itirirdilər. Feodalizm dövründə rus kəndliləri mülkədarlar üçün işləyirdilərsə, bu gün sıravi azərbaycanlıların əksəriyyəti banklar üçün çalışır. Belə davam etsə, bir müddət sonra Azərbaycan əhalisinin təxminən yarısı şəxsi təsərrüfatını banklarda girov qoyacaq.
Ötən gün bankda həmsöhbət olduğum adamların arasında qızını köçürmək üçün kredit götürənlər də vardı. Əndazəni aşmamaq şərti ilə gənc ailəyə dəstək olmaq pis adət deyil. Amma ortaya sual çıxır: 35-40 il gecə-gündüz çalışan valideynlər niyə övladları üçün ortabab məişət əşyaları ala bilmirlər? Ќədən bu ölkənin var-dövlətindən, sərvətindən gənc ailələrə ucuz bir televizor, üçüncü dünya ölkələrində istifadə olunan ortabab soyuducu düşmür? Alimin də, sürücünün də banklara borclu olduğu bir ölkənin iqti-sadi qüdrəti ilə öyünməyə haqqımız varmı? Deməli, əhalinin aldığı maaş az olduğu üçün insanlar adi mə-işət problemlərini də həll etmək məqsədilə banklara üz tuturlar. Vaxtilə rus kəndliləri də bu cür sadə problemlər üzündən mülkədarlardan asılı vəziyyətə düşürdülər. Sonrasını isə bilirsiniz...
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqalndı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL