Rusiyaya kim "işləyir?" - Deputat yazır
21-12-2021 [13:11]
Fazil Mustafa,
Deputat
****
Siyasətlə məşğul olmaq maarifçilik çalışmalarının yanında elə də ağır deyil. Siyasətdə qarşında əsasən siyasi opponentlərin durur. Onlarla danışmanın, mübahisənin öz dili, öz üslubu var.
Maarifçilikdə isə böyük bir danabaş güruhu ilə savaşda ömrünü-gününü çürütməli olacaqsan. Qaydası, üslubu yox, tipik bir küçə savaşı kimi bir şey. Bizim işimizin ağır tərəfi budur ki, həmin güruh yalnız ölkəmizin içində böhtanları, yalanları ilə canımızı təngə gətirmirlər.
Bu xalqı nağıllar dünyasından ayırıb real dünyanın içinə səsləməyə başladığında Rusiyadan, İrandan boy verib düşüncələrimizi söyləməyə əngəl yaradanlar da az deyil. Ancaq ən acınacaqlısı canımız Türkiyədən böhtanlar yağdıran danabaşlardır.
Yenə də bunlar PKK ünsürlər, yaxud da orada yaşayan erməni təəssübkeşləri olsa, anlayışla yanaşmaq mümkündür. Bunların əksəriyyəti özünə milliyətçi, elçibəyçi deyən, son otuz ildə bir arpa boyu ağıllanmayan məxluqlardır. Onların sırasında biri daha qabarıq seçilir. Bu, əvvəllər Türkiyənin Azərbaycan səfirliyində mədəniyyət ataşşesi işləmiş Turqut Ər adlı danabaşdır.
İllər öncə Azərbaycana aid cəfəngiyyatla dolu bir kitab da yazmışdı -“Azadlıqdan tiranlığa”. Azərbaycan hakimiyyətinə düşməndir, Azərbaycanın Türkiyədən başqa kimsə ilə normal münasibət qurmasını istəmir və bu iqtidarın Qarabağı işğaldan azad etməsinə xeyli məyus olub. Az qalsın Rusiya ilə müharibə aparmadığımıza görə bizi qınayır. Ara-sıra da bəndənizi hədəf alıb guya Rusiyaya satıldığımı iddia edir.
İndiyədək eşitdiyim böhtanlardan ən maraqlısı olduğuna görə burada qeyd edirəm. Bu zavallı danabaş hələ də otuz il öncəki ağlı ilə düşünür ki, biz çeçenlər kimi böyük əksəriyyətimiz məhv olmaq bahasına da olsa Rusiya ilə savaşaraq bölgədə güc sahibi olmalıyıq. İçinə sindirə bilmir ki, necə olub ki, bu Rusiyaya satılmış dediyi iqtidar bu gün Türkiyə ilə ən yüksək qardaşlıq münasibəti qura bilmiş və Qarabağın azad olunmasında bu faktor əsas rol oynamışdır. Mən də Türkiyə ilə birlikdəliyin həmişə ən qatı tərəfdarı olan və bunu hər fürsətdə təbliğ edən şəxs kimi əl altından həm də Rusiyaya işləyirəmmiş.
Zavallı danabaş Turqut Ər! Sənin kimilərin səfeh ssenariləri ilə bu dövlətin yürüməsi heç vaxt olmayacaq! Türkiyə ilə qardaşlığımız, birlikdəliyimiz ən üst səviyyədə qalacaq, Rusiya ilə də, İranla da, Avropa Birliyi ilə də normal münasibətlər quraraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam şəkildə bərpa edəcəyik. Ermənistanı da sülhə gəlməyə məcbur edəcəyik.
Biz bu Vətəni böyük Mehmet Akifin söylədiyi kimi dünyaları versələr də kimsəyə satmayacaq qədər şərəfli insanlarıq. Bəlkə siz də Türkiyəni səmimi olaraq sevirsiniz, ancaq ideologiyanın zəhərlədiyi qafanızdan gələn sərsəm görüşlərlə yalnız Azərbaycana deyil, həmişə Azərbaycanla birlikdə olan Türkiyəyə də ziyan verirsiniz. Böyük qələbəmizdən sonra ağıllanacağına inanmadığımız ermənilər bir az ağıllandı, fəqət Turqut Ər kimi dar qafalılar hələ də ötən əsrin 90-cı illərinin xəritələrinə baxıb Türkiyə və Azərbaycan üçün yol xəritəsi cızırlar.
Mia.az
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi