Sabiq nazirlə canlı yayımda şok hadisə: aparıcı işçini belə vurdu - VİDEO

img

19-12-2021 [23:23]


"Habertürk" TV-nin canlı yayımında aparıcı, məşhur qəzetçi Məhərrəm Sarıkayaya müsahibə verən Türkiyənin keçmiş Ailə və sosial siyasət naziri, Qaziantep şəhər bələdiyyəsinin hazırkı sədri Fatma Şahin və izləyicilər şok olayla qarşılaşıb.

Mia.az xəbər verir ki, aparıcı müsahibənin davam etdiyi əsnada səs problemi yaşanmasına görə operatoru yanına çağırıb. Sarıkaya bu zaman əsəbini cilovlaya bilməyərək, işçini elə sabiq nazirin və izləyicilərin gözləri qarşısında şillələyib.

Hadisə zamanı sabiq nazirin heç nə olmamış kimi davranması və aparıcının belə hərəkəti Türkiyədə böyük etiraza səbəb olub. Hətta olaya hakim AKP iqtidarı da sərt reaksiya verib.

Hadisənin sosial şəbəkədə geniş yayılmasından sonra aparıcı üzr istəyib.

Fatma Şahin isə aparıcının üzr istəməsinə diqqəti çəkərək, Sarıkayanın hərəkətini yanlış sayıb: "Zatən dərhal sonra onunla danışdım, düşüncəmi söylədim".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA