ƏLİ İNSANOVUN PA-da QƏBULU: "O, qisas hissinə yenilmədiyini və..."
16-12-2021 [13:06]
Elxan ŞÜKÜRLÜ
***
Siyasət də şahmat kimidir – rəqibinin hər gedişinin nəyə hesablandığını öncədən çözməyi bacarmalı və zamanında əks tədbirlər almalısan. Bunu bacarmayanın uduzacağı elə ilk gedişlərdən bəllidir.
AXCP və Müsavat rəhbərliyindən fərqli olaraq, HƏP sədri, akademik Əli İnsanovun Prezident İlham Əliyevin Brüsseldə olduğu bir vaxtda Prezident Administrasiyasının dəvətini qəbul etməsi, Prezidentin müxalifətlə siyasi dialoq prosesini aparmağı həvalə etdiyi Ədalət Vəliyevlə görüşməsi və görüşdən çıxdıqdan sonra da olduqca ölçülü açıqlaması onu deməyə əsas verir ki, o, həm qurucularından biri olduğu hakimiyyətin mahiyyətinə çox yaxşı bələddir, həm də özü hansı addımı haçan atmağın gərəkliyini çox yaxşı bilən, şəraiti düzgün qiymətləndirən, hisslərinə yenilməyən səbrli və təmkinli adamdır.
Bəli, bir Lider üçün ən önəmli keyfiyyət məhz şəraiti və rəqibi düzgün qiymətləndirmək bacarığına sahib olması, ona uyğun da davranış seçməsidir.
Əli İnsanov indiki şəraitdə prezident İlham Əliyevlə təhdid və ultimatumla danışmağın kimsəyə fayda verməyəcəyini çox yaxşı anlayanlardandır.
Rəqibi və şəraiti düzgün qiymətləndirmədən ətrafını boşuna qurban vermək ağlına deyil, emosiyalarına – hikkə və kininə yenilən siyasətçinin işidir ki, burada da qələbə yox, ancaq və ancaq acı məğlubiyyət var.
Qurban getmək, itirmək riski yaranıbsa da, Lider çəkinmədən bu missiyanı öz üzərinə götürməlidir ki, həm qərarın məsuliyyətini özü daşısın, həm də tərəfdarlarının gözündə gerçəkdən də ölümə getməyə hazır lider olduğunu sübuta yetirərək, onların sonsuz inamını, tükənməz sevgisini qazansın...
Əli İnsanov 14 illik dustaq həyatında güclü xarakterə malik olduğunu həm hakimiyyətdəkilərə, həm də müxalifətdəkilərə göstərmişdi və bu xarakteriylə də öz keçmişini unutduraraq, cəmiyyətin müəyyən təbəqəsinin rəğbətini qazanmağı bacarmışdı. Dünənki davranışıylasa o, qisas hissinə yenilmədiyini, tərəfdarlarını boşuna qırğına aparmaq istəyində olmadığını və rəqibiylə dialoqdan, üz-üzə oturub danışmaqdan qorxmadığını növbəti dəfə nümayiş etdirdi.
Elə bilirəm, onun bu addımı dialoq prosesinə, iqtidar-müxalifət münasibətlərindəki gərginliyin götürülməsinə yeni nəfəs verəcək və hər şeydən əvvəl, hakimiyyətlə dialoqa gedənləri “avtobus müxalifəti” adlandıraraq təhqir etdirənlərin özlərini siyasətlərini dəyişməyə vadar edəcək.
Mia.az
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb