Ağa Cəfərli universitetdəki vəzifəsindən ayrıldı - Açıqlama

img

13-12-2021 [15:39]


Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli vəzifəsindən ayrılıb.

Mia.az xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.

Bildirib ki, ilin sonunda Azərbaycan Dillər Universiteti ilə yollarını ayıracaq:

"Rektor Kamal Abdullaya vaxtilə mənə etimad göstərdiyinə, bəzi həssas məqamlarda dəstəyinə görə təşəkkür edirəm. Bəzi məqamlarda elə mərd hərəkətlər edib ki, elə bilirəm bu cür davranışlar hamıya nümunə olmalıdır. Universitetdən ayrılma səbəbinə gəlincə. Doğrusu, bir müddətdir ki, müyyən səbəblərdən özümü orda görmürdüm. Ayrılmaq fikirində idim, amma bunun qarşısını kəsən səbəblər vardı. Şadam ki, nəhayət, yolları ayırmaq qərarımı reallaşdıra bildik. Bundan sonra (yanvar ayından) fəaliyyətimi hələ ki "Təcrübə və Təqaüd Proqramları"nda mətbuat xidmətinin rəhbəri kimi davam etdirəcəm. Keçən dəfə yazmışdım, yaxşı planlar var, inşallah gerçəkləşdirmək nəsib olar. İşlərin gerçəkləşməsi üçün jurnalist dostlardan da dəstək gözləyirəm. Hamımıza uğur olsun!


Digər xəbərlər
SON XƏBƏRLƏR