Şirvanda 100 km-dən çox içməli su, 11 km tullantı su şəbəkəsini yenilənib - FOTOLAR

img

08-12-2021 [16:46]


“Azərsu” ASC bu il Şirvan şəhərində 7 km içməli su və kanalizasiya şəbəkəsini, ümumilikdə isə 100 km-dən çox içməli su, 11 km tullantı su şəbəkəsini yeniləyib.

Mia.az xəbər verir ki, bu barədə Şirvan Şəhər İcra Hakimiyyətində keçirilmiş təqdimatda məlumat verilib.

Tədbirdə səhmdar cəmiyyətinin sədr müavini Etibar Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhərindən millət vəkili seçilmiş İltizam Yusifov, podrat təşkilatın nümayəndələri iştirak edib.

Bildirilib ki, 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsindən sonra şəhərdaxili şəbəkələrin mərhələlərlə yenidən qurulması işlərinə başlanılıb. Təsdiqlənmiş layihəyə uyğun olaraq 2021-ci ildə 12 minədək ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Şəhərdəki çoxmənzilli yaşayış binalarının daxili sistemlərinin yenidən qurulması su təchizatının fasiləsiz rejimə keçirilməsinə imkan yaradıb.

Ötən müddətdə Şirvan-Muğan qrup su kəmərindən yeni birləşmələrin verilməsi nəticəsində Çılpaqlı, Yeni yaşayış massivlərinin, həmçinin şəhərin relyef baxımından yüksəklikdə yerləşən məhəllələrinin də içməli su təchizatı yaxşılaşıb.

Şirvan şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi növbəti illərdə də davam etdiriləcək. Perspektiv layihəyə əsasən, ümumilikdə Şirvan şəhərində 257 km içməli su və 228 km tullantı su şəbəkələrinin tikintisi nəzərdə tutulur. Eyni zamanda şəhərin dayanıqlı su təchizatı məqsədilə ümumi tutumu 19 min kubmetr olan 4 su anbarı inşa ediləcək. Şirvan şəhərində formalaşan tullantı sularının kənarlaşdırılması məqsədi ilə layihə çərçivəsində tullantı sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulur. Bu qurğuda Hacıqabul şəhərində formalaşan tullantı suları da təmizlənib zərərsizləşdiriləcək.

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq