Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

img

08-12-2021 [12:17]


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 26 dekabr 2021-ci il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçiriləcək.

Mia.az DİM-ə istinadla xəbər verir ki, namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 19 dekabr saat 18:00-dək həyata keçirilir.

Bildirilib ki, imtahan müddəti 2 saat 30 dəqiqədir. Sınaq imtahanında yazı bacarıqlarının ölçülməsi (esse tapşırıqları) nəzərdə tutulmur.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər

https://exidmet.dim.gov.az/elimt/XINTest/elan


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq