BAYDENLƏ PUTİNİN GÖRÜŞÜ: 2 saatlıq qapalı müzakirədə rus lider ABŞ-dan təminat istəyib, Bayden isə... + FOTOLAR (YENİLƏNİB)
GÜNDƏM
08.12.2021, 14:36
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden arasında videokonfrans formatında keçirilən danışıqlar başa çatıb.
TASS xəbər verir ki, danışıqlar iki saat davam edib.
Görüş qapalı şəraitdə baş tutub.
Qeyd edək ki, bu, iki ölkə liderinin ikinci görüşüdür. İlk təkbətək danışıqlar bu ilin iyununda Cenevrədə keçirilib, o zaman dövlət başçıları müəyyən razılıqlar əldə ediblər.
***
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Bayden arasında videokonfrans formatında keçirilən danışıqlarda müzakirə edilən məsələlər açıqlanıb.
Dövlət başçıları iki ölkənin münasibətlərində strateji sabitliyi müzakirə ediblər. Danışıqlarda habelə İran məsələsində birgə fəaliyyəti, Ukrayna ətrafında gərginliyin aradan qaldırılması diqqət mərkəzində olub.
Ağ Evin yaydığı açıqlamada deyilir ki, Bayden Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib, gərginliyi azaltmağa və danışıqlara qayıtmağa çağırıb.
"ABŞ və müttəfiqləri hərbi eskalasiya halında güclü iqtisadi və digər tədbirlərlə cavab verəcəklər", - Ağ Evin məlumatında deyilir/Report.
***
Putinin Baydenlə görüşü barədə Kreml də açıqlama yayıb.
Mia.az xəbər verir ki, Putin Ukrayna ilə bağlı yaranan gərginliyə görə, hər şeyin Rusiyaya yüklənməsini qəbul etmədiyini deyib.
O, eyni zamanda, NATO-nun Rusiya sərhədinin ətafına hərbi güc toplamayacağı barədə ABŞ-dan təminat istəyib.
***
CNN kanalı ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putinin dekabrın 7-də keçirdikləri görüş haqqında məlumat yayıb.
Video formatında keçirilən görüş iki saat davam edib. Görüşün yalnız ilk dəqiqələrinin görüntüləri yayılıb, qalan hissəsi qapalı olub.
CNN kanalının məlumatına görə, görüşdə Cozef Bayden Vladimir Putinə Ukrayna ilə bağlı sərt xəbərdarlıq edib.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra rus ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Rusiya Krımı ilhaq etməklə bərabər Donbasda iki separatçı rejimin əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.
2021-ci ilin yazında Rusiya Ukrayna sərhədinə xeyli qoşun yığıb, yeni müharibə təhlükəsi yaranıb. Az sonra Rusiya qoşunlarının bir hissəsini geri çəkib.
Lakin ilin sonlarına yaxın Rusiya yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləməyə başlayıb. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı istiqamətində ehtimallar doğurub.
CNN kanalının məlumatına görə, 7 dekabr görüşündə Cozef Bayden Vladimir Putinə deyib: “Rusiya Ukraynaya hücuma keçsə, biz 2014-cü ildə etmədiyimizi indi edəcəyik”.
Məlumata görə, Bayden bunu dedikdə Rusiyaya qarşı 2014-cü ildəkindən daha sərt iqtisadi sanksiyaları nəzərdə tutub.
2014-cü ildə Krımın ilhaqından sonra ABŞ Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib. Həmin sanksiyalar hazırda qüvvədədir.
Novator.az bildirir ki, “2014-cü ildə etmədiyimizi indi edəcəyik” dedikdə Baydenin Rusiyaya daha ciddi zərər vuracaq sanksiyalardan bəhs etdiyi vurğulanır. Lakin konkret hansı sanksiyalardan söhbət getdiyi açıqlanmır. Məlumata görə, Bayden Putinin diqqətinə çatdırıb ki, ABŞ və avropalı müttəfiqləri həmin sərt sanksiyaları həyata keçirməyə hazırdır.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın sözlərinə görə, Cozef Bayden Vladimir Putinlə çox açıq, birbaşa danışıb.
Sallivanın dediyinə görə, Bayden Putinə iqtisadi sanksiyalarla yanaşı, ABŞ-ın regionda müdafiə potensialını möhkəmlətməyə hazır olduğu barədə də xəbərdarlıq edib: “Bayden Putinə söyləyib ki, Rusiya Ukraynaya hücum edərsə, ABŞ Kiyevi əlavə müdafiə texnikası ilə təmin edəcək”.
Kremlin açıqlamasında isə bildirilir ki, Putin Baydenin Ukraynanı Rusiya tərəfdən təhlükə gözlədiyinə dair xəbərdarlıqlarına qarşı çıxıb və NATO-nu gərginliyi artırmaqda ittiham edib. O deyib ki, NATO Rusiya sərhədlərində hərbi potensialını gücləndirməyə çalışır.
Rusiya prezidenti bildirib ki, Moskva ABŞ-ın rəhbərlik etdiyi NATO-nun Avropanın şərqindən yeni üzvlər qəbul etməyəcəyinə və alyansın Rusiya yaxınlğında hərbi texnika yerləşdirməyəcəyinə zəmanət istəyir.
Putin həmçinin son illərdə Rusiyanın ABŞ-da diplomatik mövcudluğunu kəskin şəkildə məhdudlaşdırmasını qınayıb. Rusiya prezidenti qeyd edib ki, Kreml Ağ evin bu inadkar addımlarına cavab olaraq bəzi tədbirlərə əl atmaq məcburiyyətində qalıb.
Kremlin açıqlamasına görə, 7 dekabr görüşündə iki ölkə arasında təhlükəsizlik məsələləri ilə bağlı dialoq aparılmasına dair razılıq əldə olunub.
Ağ Evin açıqlamasına görə, Bayden artıq Fransa, İtaliya, Böyük Britaniya və Almaniya liderlərinə zəng edərk onları Putinlə keçirdiyi görüş haqda məlumatlandırıb. ABŞ prezidentinin dekabrın 9-da ukraynalı həmkarı Vladimir Zelenski ilə də danışacağı gözlənir.
7 dekabr görüşündə Ukrayna məsələsindən başqa qlobal kibercinayətkarlıq, İranın nüvə proqramı da müzakirə mövzusu olub.
Görüşə Bayden Ağ evdən, Putin isə Soçidəki iqamətgahından qatılıb. Müzakirə zamanı Putin otaqda tək olub. Baydenin yanında isə dörd nəfər, o cümlədən dövlət katibi Entoni Blinkenlə təhlükəsizlik müşaviri Ceyk Sallivan əyləşib.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
Bugün, 18:06 GÜNDƏM
-
“AzerGold”a yeni sədr müavini təyin olundu - O, kimdir?
Bugün, 18:01 GÜNDƏM
-
Vilayət Eyvazov xidmətə qəbul olunmaq istəyən 203 nəfərİ seçim turunun növbəti mərhələsinə buraxıb - VİDEO
Bugün, 17:38 CƏMİYYƏT
-
Avropa İttifaqı "Google"u 403 milyon avro cərimələdi
Bugün, 17:22 PRESS
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Bugün, 17:09 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
"Kurtlar Vadisi Pusu" serialının daha bir aktyoru istintaqa çağırıldı
Bugün, 16:57 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev sərəncam imzaladı
Bugün, 16:36 GÜNDƏM
-
İcra başçısı müavini DSK-ya sədr təyin olunub
Bugün, 16:12 CƏMİYYƏT
-
Cavid Hüseynovla Zaur İsmayılovu istefaya göndərildi
Bugün, 16:06 İDMAN
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
Bugün, 15:56 MƏDƏNİYYƏT
-
UNİVERSİTETLƏ İNSTİTUT BİRLƏŞDİ - Baş nazir qərar verdi
Bugün, 15:42 GÜNDƏM
-
“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanılıb
Bugün, 15:32 KRİMİNAL
-
Serdar Ortaç vəsiyyətini açıqladı - Boğaziçi mənzərəli evi kimə qalacaq?
Bugün, 15:19 MƏDƏNİYYƏT
-
ABŞ iranlı jurnalistlərə viza verməyib
Bugün, 15:12 PRESS
-
Qarabağ zonasında daha 1840,3 ha ərazi minalardan təmizlənib
Bugün, 15:04 GÜNDƏM
-
"Real Madrid": "Elə edirlər ki, klub olaraq az qalırsınız bu liqadan çəkiləsiniz"
Bugün, 14:49 İDMAN
-
Hörmüz boğazında yenə neft tankeri vurulub
Bugün, 14:14 DÜNYA
-
Deputat Su Ehtiyatları Agentliyi ilə "İcbari tibbi sığorta"nı tənqid elədi: "Təcrübəli işçilərin sürətlə dəyişdirilməsi..."
Bugün, 14:10 GÜNDƏM
-
Kəlbəcərli şair Prezident İlham Əliyevə müraciət ünvanlayıb: "Cavid Qurbanovun fəaliyyətini yoxlatdırın..."
Bugün, 13:52 CƏMİYYƏT
-
Nazirin yüksək vəzifə verdiyi Aysel İbayeva kimdir? - ƏƏSMN-də növbəti təyinat
Bugün, 13:37 İQTİSADİYYAT
-
"YENİ HÜCUM OLSA, MÜHARİBƏNİN ÇOĞRAFİYASINI DƏYİŞƏCƏYİK" - Tehran dünyanı heyrətləndirəcək yeni silahını da işə salacağını iddia edir
Bugün, 13:23 GÜNDƏM
-
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Bugün, 13:11 KRİMİNAL
-
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - Təhsilin İnkişafı Fondu ilə tərəfdaşlıq müqaviləsi imzalanıb + FOTOLAR
Bugün, 12:57 İQTİSADİYYAT
-
Zakir Həsənov: "Xəbər məni dərindən kədərləndirdi"
Bugün, 12:25 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:10 CƏMİYYƏT
-
Parlamentdə dilə gələn kəlbəcərli deputat: "“ChatGPT” çox yaxşı şeydir"
Bugün, 12:10 SİYASƏT
-
RAMİZ MEHDİYEV MƏHKƏMƏYƏ GƏLMƏDİ: hakim işi baxışa qəbul etdi - Tarixi proseslə bağlı qərar verildi (YENİLƏNİB)
Bugün, 11:54 GÜNDƏM
-
Deputat naziri qınadı: “Səhiyyə naziri qəbula gedir, bəndi-bərəni elə kəsdirirlər..."
Bugün, 11:49 SİYASƏT
-
“Sənin hünərin çatır, ay nazir, camaatın içinə çıxmağa? - Deputat parlamentdə hirsləndi, Emin Əmrullayevə ismarıc göndərdi: "Axı sənin köməkçin var"
Bugün, 11:30 SİYASƏT
-
Cəlilabadda 7 il əvvəl qətl törədən şəxs tutulub
Bugün, 11:21 KRİMİNAL
-
Deputat kimdən üzr gözləyir? - AÇIQLAMA
Bugün, 11:16 SİYASƏT
-
Lənkəran Şəhər İcra Hakimiyyətinın sərəncamı məhkəməlik oldu
Bugün, 11:07 CƏMİYYƏT
-
"Amedspor" azarkeşlərİ "Beşiktaş" tərəfdarlarına hücum çəkib
Bugün, 10:59 İDMAN