“YouTube” kanalı Rusiyada ən çox baxılan videoların siyahısını açıqlayıb
07-12-2021 [16:49]
“YouTube” kanalı bu il Rusiyada ən çox baxılan videoların siyahısını açıqlayıb.
Novator.az-ın məlumatına görə, Rusiyada 2021-ci ilin ən populyar “YouTube” videoları siyahısında ilk yeri “Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” videosu tutur.
Həmin video “YouTube”da yanvarın 19-da yerləşdirilib. Hazırda videoya baxış sayı 120 milyona yaxınlaşıb.
Video rusiyalı müxalif lider, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının apardığı araşdırmadan ibarətdir.
Araşdırmada Rusiyanın cənubunda, Qara dəniz sahilində, Gəlincik adlanan ərazidə tikilmiş dəbdəbəli malikanədən bəhs olunur. Malikanənin Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilir.
Gəlincikdə təyinatı və kimə məxsus olduğu bilinməyən iri bir malikanənin tikildiyi haqda bir neçə il qabaq da müxtəlif məlumatlar yayılmışdı. Sonralar həmin məlumatlara malikanənin Putinə məxsus olduğu haqda iddialar da əlavə olunmuşdu. Lakin bu məsələ Aleksey Navalnının təqdim etdiyi qədər geniş, malikanənin içindən çəkilən fotolarla, çölündən – havadan dron vasitəsilə çəkilən videolarla, sənədlərlə, sxemlərlə, eskizlərlə, xırda təfərrüatlaradək izahlarla işıqlandırılmamışdı.
Şah sarayına oxşar malikanədə istirahət, əyləncə üçün saysız-hesabsız otaqlar, kazino, teatr, yeraltı buz meydançası da var.
Sarayın 100 milyard rubla (1,36 milyard dollar) başa gəldiyi və bu pulların korrupsiya yolu ilə büdcədən oğurlandığı iddia edilir.
“Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” videosu yayılandan sonra Rusiya prezidenti malikanənin ona məxsus olduğunu təkzib edib.
Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, obyekt bir sahibkarındır. Peskov sahibkarın adını açıqlamayıb.
Az sonra iş adamı, Putinin yaxın dostu Arkadi Rotenberq malikanənin yiyəsi olduğunu bəyan edib.
Lakin bir çox ekspert deyilənlərə inanmır və malikanənin, Navalnının araşdırmasında göstərildiyi kimi, Putinə məxsus olduğunu düşünür.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib. Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib. 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzalarına məhkum edilib.
Sonrakı dövrdə fəaliyyətini əsasən Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri kimi davam etdirən Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
2021-ci il yanvarın 17-də Almaniyadan müalicədən qayıdan Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub. Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi sınaq müddəti qaydalarını pozma ittihamı ilə onun barəsində 30 sutka həbs qətimkan tədbiri seçib.
“Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” videosu bundan dərhal sonra – yanvarın 19-da “YouTube” kanalında yerləşdirilib.
Araşdırmanı Navalnı Rusiyaya qayıdandan sonra üzə çıxarmaq əvvəlcədən nəzərdə tutulubmuş.
Onun araşdırmasını yayan həmkarları Rusiya vətəndaşlarını etirazlara səsləyiblər. Yanvarın 23-də paytaxt Moskvada, Sankt-Peterburq, Yekaterinburq, Perm, Vladivostok, Novosibirsk, Yakutsk şəhərlərində və bir çox başqa şəhərdə aksiyalar keçirilib.
Sonralar daha bir neçə dəfə Rusiyada Navalnının azadlığa buraxılması, ölkədə korrupsiyaya son qoyulması tələbləri ilə etirazlar təşkil olunub.
Fevralın 2-də Moskvanın Simonov Rayon Məhkəməsi Navalnını sınaq müddəti qaydalarını pozmada təqsirli bilərək 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Hökm Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb.
Fevralın 20-də Moskva Şəhər Məhkəməsi həbs müddətini 2 il 6 ay iki həftəyə endirib.
Hazırda Navalnı ona təyin edilmiş cəzanı 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.
Həbsindən sonra Rusiyada Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyətlə və ya terrorla məşğul olan təşkilatlar siyahısına daxil edilib, fondun fəaliyyəti rəsmən dayandırılıb.
Sentyabrda Rusiya İstintaq Komitəsi Aleksey Navalnıya Cinayət Məcəlləsinin 282.1-ci (ekstremist icmanın yaradılması və ona rəhbərlik) maddəsi ilə yeni cinayət işi açıb.
Oktyabrda Aleksey Navalnı Avropa Parlamentinin Andrey Saxarov adına “Azad düşüncə mükafatı”na layiq görülüb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"