Bakıda kəsilmiş insan ayağı tapıldı - ŞOK

img

27-02-2014 [10:14]


Ötən gün səhər saatlarında Bakının Suraxanı rayonu ərazisində kəsilmiş insan ayağı tapılıb.

Rayon Polis İdarəsi 32-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, ayaq Qaraçuxur qəsəbəsində, Kərpiczavod ərazidə aşkarlanıb. Dərhal hadisə yerinə həkimlər, polis və prokurorluq əməkdaşları cəlb olunub.

Aparılacaq tibbi ekspertizadan sonra tapılmış ayağın kimə məxsus olması araşdırılacaq. Hazırda ayağın hansısa cinayət səbəbindən kəsilməsi barədə istintaq başalnıb.

Hazırda məsələ ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Lent.az-ın məlumatına görə, hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları ayağı 3 saylı şəhər xəstəxanasının morquna yerləşdirməyə qərar veriblər.

Aparılacaq tibbi ekspertizadan sonra müəyyən ediləcək göstəricilər əsasında ayağın kimə məxsus olması müəyyənləşəcək. Daha sonra isə hadisənin hansı şəraitdə, hansı səbəbdən baş verməsi və digər maraqlı məqamlar aydınlaşacaq.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA