Meyxanaçı Ağakərimin oğlu Nazilə Səfərliyə səsləndi: "Sən bu məlumatları haradan alırsan?"

img

07-12-2021 [14:44]


Meyxanaçı Ağakərimin oğlu Kamil Novruzov şair Nazilə Səfərlinin onların ünvanına səsləndirdiyi iddialara cavab verib.

Məsələ ilə bağlı Axşam.az-a danışan Kamil bildirib ki, N.Səfərli onlara şər atır:

"Bu insandan soruşan lazımdır ki, sən bu məlumatları haradan alırsan? Bu qədər uydurmalar olar? Atamın bir evi var, o da hazırda yaşadığımızdır. Onu da satmırıq.

Atam yeni xəstələnən vaxtında torpaq sahəmiz var idi, onu satdıq. Həmin pulu da atamın müalicəsinə xərclədik. Daha sonra atamın müalicə xərcini Heydər Əliyev Fondu üzərinə götürdü. O vaxtdan da atamı diqqətdə saxlayırlar.

Nazilə Səfərlinin bu söhbətlərindən yoruldum. Nə etmək istəyir, başa düşmürəm. Onun dediyi bu şayiələr, yalanlar vicdanlı insana yaraşan hal deyil. Bu qadınla bizim əvvəllər də heç bir tanışlığımız olmayıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR