İbrahim Borçalının həyat yoldaşı: "Qolumu, ayağımı kəssinlər, gözümü çıxarsınlar, təki..."

img

07-12-2021 [14:37]


Müğənni İbrahim Borçalının həyat yoldaşı Zöhrə Həsənova oğlu Rəhimin vəfatından danışıb.

"O üz" verilişinə danışan Zöhrə oğlu ilə bağlı xatirələrini bölüşüb:

"Əvvəl deyirdim ki, mənim yaşamağa haqqım yoxdu. Özümə qınaq obyektinə çevirmişdim ki, niyə yaşayıram? Sonra dedim ki, mən olmasam, Rəhim də yoxdur. Olmalıyam ki, Rəhim də yaşasın. Deyirdi, ana, elə düşünürəm ki, tez öləcəm. Rəhim doğulandan içimdə bir qorxu hissi var idi: deyirdim, Rəhimə nəsə olacaq, o xəbər səhər gələcək. Elə də oldu, xəbər səhər gəldi.

Bir xüsusiyyəti var idi, həmişə tələsirdi. Avqustun 17-də 21 yaşı tamam oldu. Tortu götürüb getdik, nə qədər etdik, şamın biri yanmadı. dedim, bu, yarımçıq qalan həyatıdır".

Z.Həsənova bildirib ki, oğlunun 3 gün dəfn edilməsinə imkan verməyib:

"Rəhimi 3 gün dəfn etməyə qoymadım. Onu yola salan günü dedim inanıram sən varsan, görürsən bizi, işarə ver səni görüm. Başladı balaca kəpənək uçmağa. Baxdım, dedim, sənsən, mesaj göndərirsən ki, məni görürsən. O gündən evdən kəpənək əskik olmur. Hər gün dua edirəm ki, ətrafımda kimə nə olacaq mənə olsun. Bəlkə bir möcüzə olsun, desinlər, hansı cəzanı verək övladını qaytaraq. Deyərəm, canlı qolumu, ayağımı kəssinlər, gözümü çıxarsınlar, dözərəm ağrıya, təki onu qucaqlayım, qayıtsın, iyini çəkim sinəmə, ana desin. Hər şey verərdim. Bilmirəm, bəlkə onu görsəm nəfəsim dayanar".

Z.Həsənova övladının sevdiyi qızla bağlı "İki qızım var, bir yox. Mənə əmanət qoyub. O iki qız övladını bəxtəvər görəndən sonra Allah canımı alsın" deyə, əlavə edib/Axsam.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR