BMT iki ölkəyə qadağa qoyub

img

07-12-2021 [13:56]


Əfqanıstanda bu ilin avqust ayında hakimiyyəti ələ keçirmiş “Taliban” radikal hərəkatı Birləşmiş Millətlər Təşkilatını (BMT) bu hərəkata Baş Assambleyada yer ayrılmaması barədə qərara yenidən baxmağa çağırıb.

“İnterfaks”ın məlumatına görə, “Taliban” nümayəndələri bildiriblər ki, xalqı və hökuməti təmsil etməyən şəxsin Əfqanıstanı BMT-də təmsil etməsi ədalətsizlikdir.

Xatırladaq ki, Baş Assambleya Əfqanıstan və Myanmanı BMT-də kimin təmsil edəcəyi ilə bağlı qətnamənin qəbulunu təxirə salıb. Bu isə o deməkdir ki, hər iki ölkədə hakimiyyət dəyişikliyinə baxmayaraq, hazırki səfirlər təşkilatdakı yerlərini saxlayacaqlar.

“Əfqanıstandakı “Taliban” hərəkatı və Myanmadakı hərbi rəhbərlik qanuni seçilmiş hökumətlərin təyin etdiyi diplomatları əvəz etmək üçün öz namizədlərini göndəriblər. Lakin BA bu prosesi dayandırıb. Müvafiq qətnamə səsvermə keçirilmədən, konsensus nəticəsində qəbul edilib”, - BMT-nin məlumatında deyilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR