"Bazel" - "Qarabağ" oyununu xorvat hakimlər idarə edəcək

img

07-12-2021 [13:04]


İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyunu üçün hakim təyinatları açıqlanıb.

Məlumata görə, qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.

Referi Fran Jovićə Hrvoje Radić və Luka Pušic yardımçı olacaq. Dördüncü hakim funksiyasını Ivana Martinčić yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 9-da "Sent Yakob Park"da keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR