Rusiyada oyunlara pul qoyuluşu edən 2 futbolçu diskvalifikasiya edilib

img

06-12-2021 [19:44]


Rusiya Futbol İttifaqının (RFS) Etika Komitəsi III liqada mübarizə aparan "Metallurq-Vidnoe" klubunun futbolçuları Dmitri Andriyaxin və Anatoli Neqodanı cəzalandırıb.

Məlumata görə, buna onların mərc oyunlarında iştirakı səbəb olub. Sözügedən futbolçuların indiyədək RFS-in bayrağı altında keçirilmiş 500-dən çox qarşılaşmaya pul qoyuluşu etdikləri təsdiqlənib.

Hər iki oyunçu 5 il müddətinə diskvalifikasiya edilib, onların futbolla bağlı hər hansı fəaliyyətinə qadağa qoyulub.

Qeyd edək ki, "Metallurq-Videnoe" 2021/2022 mövsümünün birinci hissəsini sonuncu pillədə başa vurub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR