Şəmkirdə qadını amansızlıqla öldürən şəxsə 18 il həbs cəzası verildi

img

06-12-2021 [17:10]


Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəşad Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Mia.az Report-a istinadla xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il aprelin 5-də Şəmkir rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayonun İrmaşlı kənd sakini 1966-cı il təvəllüdlü Aybəniz Alıyevanın yaşadığı evdə qohumu və həmkəndlisi R.Tağıyev tərəfindən qətlə yetirilib. O, quldurluq niyyəti ilə A.Alıyevanın yaşadığı evə qanunsuz daxil olub, silah qismində istifadə etdiyi müxtəlif əşyalarla çoxsaylı xəsarətlər yetirərək qadını xüsusi amansızlıqla qəsdən öldürüb.

R.Tağıyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR