"Qara qutu”nun harada işlənməsi ilə bağlı məlumatlar açıqlana bilməz" - Prokurorluqdan helikopter qəzası ilə bağlı yeni açıqlama

img

06-12-2021 [15:15]


“Belə bir hadisənin baş verməsi təəssüf hissi doğurur. Bütün şəhidlərimizə Allah rəhmət eləsin”.

Bunu Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Mahir Abbasov deyib.

“Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin qəzaya uğramasından dərhal sonra istintaq qrupu hadisə yerinə gedib. Mürəkkəb bir hadisə olduğuna görə müxtəlif ekspertiziyası tətbiq edilib. Hadisənin baş vermə səbəbləri ilə bağlı əlavə məlumat veriləcək”, - o, bildirib.

M.Abbasovun sözlərinə görə, “qara qutu”nun harada işlənməsi ilə bağlı məlumatlar açıqlana bilməz: “Ancaq “qara tutu” üzərində iş gedir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR