"Beşiktaş"ın futbolçusu koronavirusa yoluxub?

img

06-12-2021 [14:18]


Türkiyənin "Beşiktaş" komandası Almaniyada Dortmund "Borussiya"sına qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur oyununa ciddi itki ilə çıxacaq.

Məlumata görə, yarımmüdafiəçi Miralem Pyaniç qarşılaşmanı buraxmalı olacaq.

31 yaşlı oyunçuya tənəffüs yollarının infeksiyası diaqnozu qoyulub və onun müalicəsinə başlanılıb. Daha əvvəl Kevin N Kudunun 3 ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Qeyd edək ki, dekabrın 7-də oynanılacaq "Borussiya" - "Beşiktaş" görüşü Bakı vaxtı ilə saat 24:00-da başlayacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR