Prezidentin xüsusi nümayəndəsi: "Qarşımızda duran əsas vəzifə budur"

img

06-12-2021 [13:46]


"Bu gün Şamaxıda keçirdiyimiz "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfrans Ağdamda keçirilən konfransın məntiqi davamıdır".

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə ilk elmi-praktiki konfrans Qarabağda keçirilib: "Biz Qarabağda yeni iqtisadi quruculuğunu təmin etməliyik. Qarşımızda duran əsas vəzifə budur".

E. Hüseynov qeyd edib ki, növbəti bu cür elmi-praktiki konfrans Füzulidə keçirilə bilər.

Xatırladaq ki, bu gün Şamaxıda keçirilən konfrans İqtisadiyyat Nazirliyinin, AMEA-nın İqtisadiyyat İnstitutunun, ADA Universitetinin dəstəyi ilə təşkil olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR