"Almaniya 4-cü Reyxi qurmaq istəyir, lakin biz buna imkan verməyəcək"

img

05-12-2021 [13:57]


Polşanın hakim "Hüquq və Ədalət" Partiyasının qurucusu və sədri Yaroslav Kaçinski Almaniyanın siyasətini tənqid edib.

Bu barədə "Wirtualna Polska" məlumat yayıb.

Kaçinski qeyd edib ki, Almaniya 4-cü Reyxi qurmaq istəyir, lakin Polşa buna imkan verməyəcək.

Oktyabrın sonunda Avropa İttifaqı Varşavaya məhkəmələrin islahatı üçün gündə bir milyon avro cərimə ödəməyə qərar verdikdən sonra Polşa ilə birlik arasında münasibətlər pisləşib.

Deputat Yanuş Kovalskinin sözlərinə görə, Avropa İttifaqı Polşaya qarşı "hibrid" müharibənin yeni mərhələsinə başlayıb. O, hökuməti Brüsseldə qanunun aliliyi bərpa olunana qədər təşkilatı boykot etməyə və onun bütün qərarlarını əngəlləməyə çağırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR