Həbsdən yeni çıxan keçmiş məhkum həmkəndlisini öldürdü - Cəlilabadda (YENİLƏNİB)

img

06-12-2021 [10:55]


Şəki Rayon Məhkəməsi həbsdən çıxdıqdan 15 dəqiqə sonra yenidən cinayət törədən Göyçay şəhər sakini Heydər Heydərli ilə bağlı qərar verib.

Məlumata görə, onun barəsində 2 ay müddətinə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Eyni zamanda, H.Heydərliyə nəzarət Göyçay Rayon Polis Şöbəsinə həvalə olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Şəki rayon sakininə məxsus “VAZ-2107” markalı avtomobilin şəhər ərazisindən naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırılması barədə polis şöbəsinə məlumat daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi Ağdaş rayonu Yeniarx kəndi ərazisində tərk edilən vəziyyətdə aşkarlanıb və hadisəni törədən şəxsin Göyçay şəhər sakini H.Heydərli olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb və istintaqa təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, əvvəllər də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) və 177-ci (Oğurluq) maddələri ilə ilə məhkum olunan H.Heydərli həbs müddəti başa çatıb, cəzaçəkmə müəssisəsindən çıxdıqdan təxminən 15 dəqiqə sonra avtomobili qaçırıb və yaşadığı Göyçay rayonuna getmək istəyib. Lakin təkəri partladığından o, nəqliyyat vasitəsini yolun kənarında tərk edib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, H.Heydərli təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub/Report.

***

Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Hadisə bu gün rayonun Sabirabad kəndində qeydə alınıb.

Belə ki, həmkəndlilər Heydərov Akif Kərəm oğlu və 1999-cu il təvəllüdlü Əliyev Vüsal Möhübbət oğlu mübahisə ediblər. Nəticədə Heydərov Akif sonuncunu bıçaqla qətlə yetirib.

Məlumata görə, A.Heydərov bıçaqlanmaya görə həbsdə olub və yenicə azadlığa çıxıb. O, hadisəni törədən zaman içkili olub.

Faktla bağlı araşdırmalar davam etdirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub