Kürdəmirdə avtomobil su kanalına düşüb, xəsarət alan var

img

04-12-2021 [17:47]


Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi olub.

Hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qarayev Mais Ləzgi oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra avtomobil yoldan çıxaraq su kanalına düşüb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb, maşına isə ciddi ziyan dəyib.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb/Report.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR