Bakıda qəbiristanlıqda gecə saat 2-də gözətçi bıçaqlandı, Goranboyda isə...

img

04-12-2021 [12:30]


Bakıda bıçaqlanma hadisəsi olub.

Mia.az DİN-ə istinadla bildirir kii, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dekabrın 3-də saat 2 radələrində Şağan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda bir nəfərin xuliqanlıq zəminində oranın gözətçisi - qəsəbə sakini N.Mikayılova bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Xəstəxanaya yerləşdirilən N.Mikayılovun vəziyyəti orta-ağırdır.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Y.Bukidayeva müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

***

Goranboyda qəbiristanlıqdan qəbirlərdən birinin ətrafına çəkilmiş dəmir məhəccəri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəyirminlar kənd qəbristanlığındakı qəbirlərdən birinin ətrafına çəkilmiş dəmir məhəccəri oğurlamaqda şübhəli bilinən Qarasuçu kənd sakini, əvvəllər məhkum olunmuş K.Həsənov saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmkəndlisi A.Bayramovla birgə müxtəlif vaxtlarda daha 6 qəbirin ətrafına çəkilmiş dəmir məhəccərləri oğurlaması da müəyyən edilib.

Əməliyyat tədbirləri ilə A.Bayramov da polis əməkdaşları tərəfindən saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR