Gürcüstanda azərbaycanlı güllələndi

img

03-12-2021 [23:34]


Gürcüstanın Laqodexi rayonunda azərbaycanlılar yaşayan Qaracala kəndində baş vermiş silahlı insidentə görə bir nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, 18 yaşlı kənd sakini mübahisə zəminində 1988-ci il təvəllüdlü həmkəndlisini ov tüfəngi ilə yaralayıb və hadisə yerindən qaçıb.

Saxlanılan şəxs qəsdən adam öldürməyə cəhddə ittiham olunur. Onu 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, yaralanan şəxs xəstəxanadadır, vəziyyəti orta ağırdır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR