Xəzərdə bədəninin bir hissəsi olmayan kişi meyiti tapıldı - Prokurorluq və SOCAR-dan açıqlamalar (YENİLƏNİB)

img

03-12-2021 [18:40]


"Xəzər dənizində, “Qərbi Azəri” platformasının yaxınlığında 200 metrə yaxın dərinlikdə aşkarlanan insan qalıqları və sümüklərlə bağlı fakt Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilir".

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, hazırda İdarədə ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

***

"Xəzər dənizinin Azərbaycan sektorunda tapılmış insan qalıqları Dövlət Neft Şirkətinin (SOCAR) dekabrın 1-də itkin düşmüş əməkdaşına məxsus deyil".

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Xatırladaq ki, Neft Daşlarında elektrik montyoru vəzifəsində işləyən 1972-ci il təvəllüdlü Namazov Mürsəl Həsənəli oğlu itkin düşüb. O, dekabrın 1-də gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5.45 radələrində iş yerində görünüb, daha sonra onu görən olmayıb. Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılmış, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb. Dəniz üzərindən üçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işləri davam etdirilir.

***

Xəzər dənizində, "Qərbi Azəri” platformasının yaxınlığında 200 metrə yaxın dərinlikdə yerləşən neft kəməri sualtı müşahidə aparatıyla yoxlanılarkən insan qalıqları və sümükləri aşkarlanıb.

İnsan qalıqları və sümükləri xüsusi konteynerlə sudan çıxarılıb. 

Çıxarılan qalıqlara baxış zamanı onun kəskin çürüməyə məruz qalmış, bədəninin bir hissəsi olmayan kişi meyiti olduğu məlum olub. Tapılan şəxsin əynində 4 ədəd köynək olub. 

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırma aparılır/Oxu.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR