Azərbaycanda dəhşətli qəza, iki hərbçi yanaraq öldü

img

26-02-2014 [12:30]



Bu səhər Tovuz rayonunda baş verən avtomobil qəzasında yanaraq həlak olanlar hərbçilər olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza zamanı "N” saylı hərbi hissənin baş leytenantı Nəzərov Elçin Tağı oğlu və əsgər Zeynalov Seymur Zakir oğlu yanaraq həlak olublar. 

Qəzaya səbəb baş leytenant Nəzərov Elçinin idarə etdiyi "Mercedes" markalı avtomobillə "Ford"la toqquşması olub.

***

Bu səhər Tovuz rayonunda avtomobilin yanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. 

ANS PRESS FHN-nin saytına istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Ayıblı kəndində baş verib.

Məlumata görə, "Ford” markalı yük maşını ilə "Mercedes” markalı minik maşınının toqquşması nəticəsində minik maşını yanıb.

Yanğının kəşfiyyatı zamanı "Mercedes" avtomobilində olan sürücünün və sərnişinin meyiti aşkarlanıb.

Digər avtomobil isə yanğından mühafizə olunub.

Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA