Xalq artisti Rasim Balayev: "Çox şükür ki, bu xəstəliyin əlindən canımı qurtardım"

img

01-12-2021 [11:33]


“Helikopter qəzasında dünyasını dəyişənlərin əksəriyyəti yüksək rütbəli zabitlərdir. Zabit yetişdirmək hər adamın işi deyil. İnanın qəzanı eşidəndən özümə gələ bilmirəm, nə hala düşmüşəm. Söz tapıb deyə bilmirəm. Şəhidlərimizi bilirik ki, müharibədə itirmişik, amma 14 nəfər yüksək rütbəli zabiti heç nədən itirdik. Yəni müharibə olmayıb, atışma baş verməyib. Sadəcə olaraq kiminsə səhvi ucbatından bu hadisə baş verib. Mən onların heç birini tanımıram, amma elə bilirəm ki, hamısı mənim qardaşımdır”

Mia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Rasim Balayev deyib. O daha sonra bu günlərdə karonavirusa yoluxduğunu bildirib.

“Noyabr ayının əvvəllərində bərk xəstələnmişdim. Test verdim, virus çıxdı. Noyabr ayının 6-dan karonavirusa yoluxmuşam, az qala ölmüşdüm. Təzə əlini yaxamdan çəkib bu xəstəlik. Çox şükür ki, xəstəliyin əlindən canımı qurtardım. Bilirsiniz ki, bu xəstəlikdən çox adamlar dünyasını dəyişib. Amma həkimlərin dediyinə görə, virusun yeni ştamları yayılıb. İnanın Allaha, bezmişik daha”, - deyə sənətkar bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR