Elçin Quliyev qəzadan danışdı: "Helikopter demək olar ki, yeni idi və..." - Prezident şəhidlərin dəfni ilə bağlı tapşırıq verib

img

30-11-2021 [19:32]


"Helikopterin pilotu ən yüksək səviyyədə ağır şəraitlərdə uçuşlarda təlimatlı olan pilotlarımızdan biridir. Uçuş imkanı və icazəsi olan pilotlarımızdan biridir. Polkovnik Füzuli Cavadov I Qarabağ müharibəsində də iştirak edib".

Mia.az xəbər ki, bu fikirləri Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, helikopter demək olar yeni helikopterdir və qısa müddət öncə təmir işləri aparılıb: “"Qara qutu” tapılıb, Baş Prokurorluqdadır. Hazırda hadisənin səbəbi barədə dəqiq bir şey demək mümkün deyil. Dəqiq onu deyə bilərik ki, hər hansı kənar təsirdən söhbət gedə bilməz”.

Generalın sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən hadisənin təfərrüatının daha da dəqiqləşdirilməsi, şəhidlərimizin dəfn edilməsi, yaralıların müalicəsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR