Daxili İşlər Nazirliyində kadr dəyişikliyi, yeni rəis təyin olundu

img

25-02-2014 [15:09]


Naxçıvan MR-in Daxili İşlər Nazirliyində mühüm kadr dəyişikliyi baş verib. 

MİA AzNews.az-a istinadənməlumat verir ki, Naxçıvan Şəhəri Polis İdarəsinə yeni rəis təyinatı aparılıb. Bu vəzifəyə Babək rayon Polis idarəsinin keçmiş rəisi polis polkovniki Cavid Qasımov gətirilib. Xatırladaq ki, uzun illər Naxçıvan Şəhəri Polis İdarəsinin rəisi vəzifəsini icra etmiş Səbuhi Qasımovun MR-in Daxili İşlər Nazirliyinin müavini təyin edilməsindən sonra onun yeri boş qalmışdı. Yeni təyin olunan Cavid Qasımov Naxçıvan MR-in Daxili İşlər naziri Əhməd Əhmədovun kadrı hesab olunur. 

Məlumata görə, Cavid Qasımov vəzifəyə təyin edildikdən sonra İdarədə ciddi kadr dəyişikliyi aparıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA