27 şəhid və qazinin tələbə övladlarının hər birinə 2 min manat verilib

img

30-11-2021 [13:31]


Bu il ali məktəblərə qəbul olunan və “YAŞAT” Fondu tərəfindən birdəfəlik ödənişlərin verildiyi şəhid ailəsi üzvlərinin və qazilərin sayı məlum olub.

Fonddan bildirilib ki, bu istiqamətdə ümumilikdə 54 min manat xərclənib.

Belə ki, indiyədək 27 şəxsin hər birinə 2000 manat vəsait köçürülüb. Onlardan 17-si şəhid ailələrinin üzvü, 10-u isə qazidir.

Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunan hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 manat təsis edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR