Lerikdə 2 körpənin üzərinə qaynar su dağılıb

img

29-11-2021 [14:03]


Lerik rayonunda iki körpə yanıq xəsarətləri alıb.

Hadisə Cəngəmiran kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Amal Orxan oğlu Heybətzadə və bacısı, 2020-ci il təvəllüdlü Ayan Orxan qızı Heybətzadə evdə oynayarkən ehtiyatsızlıqdan qaz sobasının üzərinə yıxılıblar. Nəticədə sobanın üstündə olan qaynar su dolu qazan aşıb. Hər iki uşaq ciddi yanıq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Amal Heybətzadənin vəziyyəti qənaətbəxş olsa da, bacısı Ayan Heybətzadənin bədən səthinin 70 faizi yandığından müalicəsinin Bakı şəhərində davam etdirilməsi üçün paytaxt xəstəxanalarından birinə göndərilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR