Daxili Qoşunların hərbi qulluqçuları minaya düşdü - DİN açıqlama yaydı

img

28-11-2021 [14:35]


Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzulidə minaya düşüb.

Mia.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat yayıb.

O bildirib ki, hadisə Şukürbəyli kəndində baş verib: "Nəticədə Daxili Qoşunların Fizuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.

Yaralı hərbi qulluqçular xəstəxanaya yerləşdirilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA