Biləcəri dəmir yolu çeşidləmə məntəqəsinin işçiləri tutulub - DİN-dən açıqlama

img

26-11-2021 [12:38]


Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 23-də Biləcəri dəmir yolu çeşidləmə məntəqəsinin ərazisindən 1,1 ton metal qırıntılarını oğurlamağa cəhd göstərən Bakı şəhər sakini T.Şıxıyev və Sumqayıt şəhər sakini Ş.Sadıqov saxlanılıblar.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, davam etdirilən tədbirlərlə qrupun digər üzvləri - oranın işçiləri, Bakı şəhər sakini C.Xudiyev, Mingəçevir şəhər sakini İ.Səfərov və Zəngilan rayon sakini O.Ağayev də müəyyən edilərək saxlanılıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR