İlham Əliyev Putinə başsağlığı verdi: "Xəbər məni dərindən kədərləndirdi"

img

25-11-2021 [22:26]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında fövqəladə hadisə nəticəsində insanların həlak olması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə başsağlığı ünvanlayıb.

Mia,az xəbər verir ki, başsağlığıda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında fövqəladə hadisə nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, zərərçəkənlərin hamısının tezliklə sağalmalarını arzu edirəm".

Xatırladaq ki, Rusiyanın Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində qəza nəticəsində 6 xilasedici daxil olmaqla 52 nəfər həlak olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA