Əli Əsədov Şuşa ilə bağlı qərar imzaladı

img

25-11-2021 [16:20]


Şuşa şəhərinin ərazisində üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısı təsdiqlənib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycanın 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Nazirlər Kabineti tərəfindən müvafiq Qərarın qəbul edilməsi Şuşa şəhəri ərazisindəki tarix-mədəniyyət abidələrinin qorunması, salamatlığının təmin edilməsi, quruluşuna xələl gətirilməməsi və gələcək nəsillərə olduğu kimi çatdırılmasına hüquqi zəmin yaradır, həmçinin ərazidə qoruq rejiminin tətbiqinə imkan verir. Bununla Şuşa şəhərinin tarix və mədəniyyət abidələrinin dövlət tərəfindən mühafizəsi gücləndirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA