6 rəis, baş mexanik və mütəxəssis vəzifələrindən azad olunub - “Qarasu” və “Şirvan Oil” şirkətlərində nə baş verir?

img

25-11-2021 [13:40]


Şirvan şəhərində fəaliyyət göstərən “Qarasu” əməliyyat şirkətində çalışmış təcrübəli yerli mütəxəssislər kütləvi şəkildə vəzifələrindən çıxarılıb.

Mia.az Reportyor.info-ya istinadla xəbər verir ki, şirkətin prezidenti, əslən Rusiya vətəndaşı olan Vladimir Davlyatov kadrlar idarəsinin rəhbəri Fərid Əliyevin təqdiatı ilə bu şəxsləri işdən azad edib:

"Kələşov Əhməd neft qaz hasilatı üzrə menecmenr

Məlikov Rauf istehsalat və texniki şöbənin rəisi

İsmayılov Nofəl əsaslı və yeraltı təmir sexinin rəisi

Allahverdiyev Tural kirayə təmir sexinin rəisi

Vəliyev Şaiq neftin emalı sexinin rəisi

Bağırov Rasim baş mexanik

Səmədov Şaiq tikinti təmir sexinin rəisi

Məlikov Aqil neft qaz çıxarma sexinin rəisi

Adlarını təqdim etdiyimiz neftçilər Əmək Məcəlləsinin 70 maddəsinin C bəndi ilə “Qarasu” əməliyyat şirkətindən xaric ediliblər".

Məlumatda o da qeyd olunur ki, Vladimir Davlyatov  “Qarasu” və “Şirvan Oil” əməliyyat şirkətinin prezidenti Vladimir Davlyatov 30 min ABŞ dolları, Fərid Əliyev isə 5 min manat əmək haqqı alır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR