HANSI TƏLƏBƏLƏRƏ NƏ QƏDƏR KREDİT VERİLƏCƏK? - Qayda açıqlandı
25-11-2021 [12:53]
"Birinci tədris ilinin ilk semestri üçün tələbələrin standart təhsil tələbə kreditləri (TTK) almaq hüququ olan tələbənin qəbul imtahanında topladığı ümumi balın minimal həddi müəyyənləşib".
Mia.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, həmin hədd Təhsil Tələbə Fondunun himayəçilik şurası tərəfindən qərarlaşdırılıb: "Bakalavriat səviyyəsi üçün 300-700 bal aralığında, magistratura səviyyəsi üçün 50-100 bal aralığı, subbakalvriyat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər".
Nazir müavini bildirib ki, standart kreditlər illik təhsil haqqının 20 %-ni ödəyən tələbələrə veriləcək.
Onun sözlərinə görə, kreditə görə faizlər müvafiq qaydada hesablanacaq.
Sosial TTK üzrə aşağıdakı güzəştlər tətbiq olunur:
- ÜOMG-si 71 bal və Yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü Kreditə görə faiz hesablanmır.
- Təhsilin normativ müddətində bütün tədris semestrlərində ümumi ortalama qiyməti (ÜOMG) 91 bal və Yuxarı olan (peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və Yuxarı olan) borcalanın təhsilin normativ müddətində aldığı TTK-nın 50 faizi hissəsinin ödənişindən azad olunur.
Nazir müavini bildirib ki, standart TTK üzrə isə aşağıdakı güzəştlər tətbiq edilir:
"ÜOMG-si 91 bal və Yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faizlər hesablanmır. Təhsilin normativ müddətində bütün tədris semestr müddətində ÜOMG-si 91 bal və yuxarı olan borcalan təhsilin normativ müddətində aldığı TTK-nın 25 faizi hissəsinin ödənişindən azad olunacaq".
Nazir müavini əlavə edib ki, akademik borcu olan tələbələrə təhsil tələbə krediti verilməyəcək: "Çünki müraciət vaxtı son semestr üçün olan nəticələrə baxılır".
Nazir müavini kreditin kreditlərin qaytarılması zamanı möhlət veriləcəyinin mümkün olduğunu deyib.
Onun sözlərinə görə, TTK dövründə aşağıdakı hallar baş verərsə, kreditin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır:
- Yuxarı təhsil səviyyəsində əyani təhsil
- həqiqi hərbi xidmət,
- məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlşadırılması),
- işləyən borcalanın münasibətdə hamiləliyə doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluğu olan müddəti
Nazir müavini bildirib ki, möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv ediləcək.
Nazir müavininin sözlərinə görə, təqaüd hüququ olan tələbələrdən danışıb və deyib ki, 98 430 nəfəri bakalavriat, 12 051 nəfəri magistratura, 35 892 nəfəri isə subbakalavriat üzrə təhsil alır: "Ödənişli təhsil alan 146 mindən çox tələbənin 20 200 nəfəri dövlət hesabına oxuyur. Onlardan da 17 500-ü bakalavr, 1 200-ü magistr, 1 500-ü subbakalavrdır. Ödənişli əsaslarla oxuyan tələbələrdən təhsil haqqı ödəyənlərin sayı 126 173 nəfərdir: "Onlardan 80 930-u bakalavr, 10 851-i magistr, 34 392 nəfəri isə subbakalavrdır. Ödənişli əsaslarla təhsil alanlardan TTK almaq hüququ olan tələbələrin sayı 56 208 nəfərdir. Onlardan 40 465 nəfəri bakalavr, 5 426-sı magistr, 10 317-si isə subbakalavrdır".
Mia.az
Hava Limanında sərnişinlər niyə sərt şəkildə yoxlanılır? - Ekspert "Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək?" deyir
20 Yanvar və Qərbin ikiüzlü siyasəti - TƏHLİL
"Məcəllədə yazılıb, 5 ildən bir olmalıdır" - Məzahir Pənahov MSK sədrliyindən gedəcəyi barədə suala belə cavab verdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
"Sığorta şirkətləri bu yolla dövlətə də zərər vururlar” - Ekspertlərdən açıqlamalar
Prezident Davosda "Euronews" televiziyasına müsahibə verib - FOTOLAR
"Azərbaycan vətəndaşları orada hansısa çətinliklə üzləşəndə..." - XİN başçısı İranla bağlı sualı cavablandırdı
ABŞ səfirliyinin əməkdaşları Şəhidlər xiyabanıda - FOTO
Azərbaycan nefti 69 dollara satılır - Qiymət 1.6 dollar ucuzlaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət + Cavab (Yenilənib)
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
Kabildə gücvlü partlayış olub - Azı 10 nəfər ölüb
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb (Yenilənib)
Bakıda oğurluq edən qardaşlar saxlanılıb
İCRA BAŞÇISI DANLANDI - Qalmaqallı video rayon rəhbərinin məzuniyyətdən erkən dönməsinə səbəb oldu (VİDEO)
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?